...

Qorxusu olanlar üçün “Qorxular” kitabı (FOTO)

Mədəniyyət Materials 31 Mart 2015 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend /

Yazıçı Rövşən Abdullaoğlunun "Emosiyalar psixologiyası silsiləsindən" "Qorxular" adlı yeni kitabı çapdan çıxıb.

Trend xəbər verir ki, bu kitab qorxularla yaşamağa adət etmiş, qorxularından bezmiş və nəhayət qorxularından azad olmaq istəyən insanlar üçün nəzərdə tutulub. Müəllif bildirir ki, bu kitabı oxuyan insan yaşadığı qorxularından xilas olur: "Əsəri oxuduqdan sonra görəcəksiniz ki, bu, boş bir iddia deyildir. Bu kitabı oxuyan zaman əlinizə kağız və qələm alın. Belə ki, kitab sizi aşkar etməkdən çəkindiyiniz qorxularınızla tanış edəcək, sizə özünüzü tanıdacaqdır".

Kitabı paytaxtın kitab mağazalarından, eyni zamanda www.qedimqala.az veb səhifəsindən online qaydada sifariş etməklə və ya +994 55 404 31 32 telefon nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.

Qeyd edək ki, yazıçı R.Abdullaoğlu filosof-şərqşünas və psixoloqdur. O, 1978-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Ali təhsilini və hərbi xidmətini bitirdikdən sonra şərqşünaslıq, teologiya və fəlsəfə sahələrində müxtəlif təhsil ocaqlarında ali təhsil alıb. O, bu sahədəki təhsilinə ömrünün 8 ildən çoxunu həsr edib.

Bundan başqa yazıçı psixologiya sahəsində də ali təhsil alıb. O, Moskvadakı Pozitiv Texnologiya və Konsaltinq İnstitutunda "Psixoloji konsultasiya" fakultəsinin "Geştalt-terapiya metodu üzrə psixoloji müşavir" ixtisasına yiyələnib.

Azərbaycan dilindən başqa ərəb, fars, və rus dillərini mükəmməl bilən R.Abdullaoğlunun bu günə qədər ölkəmizdə 9 müstəqil, 9 tərcümə və şərh, 2 tərcümə olmaqla 20 kitabı yayımlanıb. Yazıçının motivasiya psixologiyası silsiləsindən olan "Arxadakı körpüləri yandırın" adlı kitabı 2014-cü ildə Türkiyədə də nəşr olunub.

Yazı janrı nəsr, esse, motivasiya psixologiyası, irfan, fəlsəfə və teologiyadır. Yazıçı hazırda psixologiya, fəlsəfə, teologiya sahələri üzrə elmi araşdırmalarını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti