...

Parisdə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı olacaq

Mədəniyyət Materials 18 Aprel 2015 01:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

2015-ci ilin 21-22 aprel tarixində Parisdə keçiriləcək YUNESKO İcraiyyə Şurasının plenar sessiyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı prosesi" və cari ilin may ayında Bakıda keçiriləcək "Müştərək təhlükəsizliyimiz naminə mədəniyyətləri paylaşaq" devizi altında 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi təşkil olunacaq və film nümayiş ediləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sessiyada YUNESKO-nun baş direktoru İrina Bokova, YUNESKO Baş konfransı və İcraiyyə Şurasının prezidentləri və YUNESKO-ya üzv ölkələrin səfirlərinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində "Bakı prosesi" barədə xüsusi sərgi təşkil olunacaq, eyni zamanda, Azərbaycanın mədəniyyət və turizm imkanları nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti