...

"Şah arvadı və cadugər" romanı rus dilində çapdan çıxdı

Mədəniyyət Materials 22 May 2015 17:34 (UTC +04:00)
Tanınmış yazıçı-publisist Yunuz Oğuzun “Şah arvadı və cadugər” (“Жена шаха и колдун”) romanı rus dilinə tərcümə edilib.
"Şah arvadı və cadugər" romanı rus dilində çapdan çıxdı

Azərbaycan, Bakı, 22 may /Trend/

Tanınmış yazıçı-publisist Yunuz Oğuzun "Şah arvadı və cadugər" ("Жена шаха и колдун") romanı rus dilinə tərcümə edilib.

Trend-in məlumatına görə, cadugərlik, sevgi və sərgüzəştləri özündə cəmləşdirən tarixi romanda hadisələr əsasən 16-cı əsrdə Səfəvilər imperiyasında cərəyan edir. Belə ki, şah Məhəmməd Mirzənin həyat yoldaşı Xeyranisa hakimiyyətə yiyələnmək məqsədilə heç nədən çəkinmədən hər cür fitnə-fəsada əl atır. O, məqsədinə nail olmaq üçün intriqalar, qətllər və qarşılıqlı sövdələşmələrdən belə çəkinmir. Onun əsas silahı isə böyük gücləri asanlıqla ram etmək iqtidarında olan cadugərdir. 20 il ərzində şah arvadının istənilən arzusunu yerinə yetirən cadugər onun ərini şah taxtına qaldırsa da, faktiki olaraq hakimiyyəti Xeyranisa idarə edir. Bunun qarşılığında şah arvadı cadugərlə eşq həyatı yaşayır. Ümumilikdə oxucunu özünə cəlb edən roman sona qədər bu xətti qoruyub saxlaya bilir.

Qeyd edək ki, kitabı rus dilinə Əli Seyidov tərcümə edib. Redaktoru isə Oksana Bulanovadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti