...

Mədəniyyət işçiləri üçün səyyar kurslar başladı

Mədəniyyət Materials 30 İyun 2015 17:44 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə səyyar kurslara başlanılıb.
Mədəniyyət işçiləri üçün səyyar kurslar başladı

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə səyyar kurslara başlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin dəstəklənməsi və onlarda peşə səriştəsinin artırılması məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən səyyar kurslara başlanılıb.

Qeyd olunan kurslarda cəmi 16 rayon və şəhərin - Gəncə, Qəbələ, Lənkəran, Samux, Göygöl, Goranboy, Naftalan, Daşkəsən, Ağdaş, Göyçay, İsmayıllı, Ağsu, Lerik, Masallı, Yardımlı və Astara rayonlarının mədəniyyət işçisinin iştirakı nəzərdə tutulub.

Kurslar ilk olaraq bu gün Gəncə şəhərində başlayıb və 50 nəfərdən artıq mədəniyyət işçisi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti