...

Dövlət Musiqili Teatrında Avropa Oyunları dövründə 15 tamaşa nümayiş olunub

Mədəniyyət Materials 30 İyun 2015 18:01 (UTC +04:00)
Azərbaycanda keçirilən I Avropa Oyunları dövründə bu oyunlarla əlaqədar təşkil olunmuş repertuara əasasən, Azərbaycan Dövlət Musiqili Teatrında 15 tamaşa nümayiş olunub.
Dövlət Musiqili Teatrında Avropa Oyunları dövründə 15 tamaşa nümayiş olunub

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda keçirilən I Avropa Oyunları dövründə bu oyunlarla əlaqədar təşkil olunmuş repertuara əasasən, Azərbaycan Dövlət Musiqili Teatrında 15 tamaşa nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tamaşalar Azərbaycan və rus dilləri ilə yanaşı, nazirliyin dəstəyi ilə ingilis dilinə tərcümə olunaraq tərcümə sətirlər - qaçan titrlər vasitəsilə əcnəbilərə təqdim olunub.

11-28 iyun arası Musiqili Teatrda "Ər və arvad", "O olmasın, bu olsun" (Ü.Hacıbəyli), "Skapenin kələkləri" (J.B.Molyer), "Kimdir müqəssir?" (Ə.Haqverdiyev), "Talelər qovuşanda" (R.Hacıyev, F.Zöhrabov), "Fransızsayağı qarnir" (M.Kamoletti) və başqa tamaşaları ümumilikdə dörd mindən çox tamaşaçı izləyib. Bu tamaşaçılar arasında Macarıstan, İtaliya, Almaniya, Kipr, Türkiyə, Rusiya, İngiltərə, İspaniya, Moldova, Polşa, Bolqarıstan, Danimarka, Fransa, Ukranya və başqa dövlətlərdən gəlmiş əcnəbilər də olub.

Həmin günlərdə nümayiş olunan uşaq tamaşalarında da - "Düyməcik" (Q.X.Anderson), "Qırmızı papaq" (E.Sabitoğlu, Y.Şvarts), "Bir dayan, canavar" (R.Ağayeva, A.Xayt, A.Kurilyanski) da yüksək tamaşaçı fəallığı ilə diqqət çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti