...

"Qayınana"nın sevimli gəlini vəfat etdi

Mədəniyyət Materials 5 Avqust 2015 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Azərbaycanın əməkdar artisti Tanilya Əhmərova uzun sürən xəstəlikdən sonra avqustun 4-də vəfat edib. Bu barədə Trend-ə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Aktrisanın iyunun 1-də 65 yaşı tamam olub. 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bir çox filmlərdə rol alıb. O, "Sevinc buxtası", "Şir evdən getdi", "Üzü küləyə", "Qayınana", "Yarımçıq qalmış mahnı", "Üzeyir ömrü", "Əlavə iz", "İlıq dənizdə buz parçası", "İşarəni dənizdən gözləyin", "Portağal" (Ukrayna), "Hər şeydən əvvəl düzlük" (Özbəkstan), "Dağıdılmış körpü" (1996) və b. filmlərdə çəkilib.

Qeyd edək ki, aktrisa ilə vida mərasimi bu gün saat 13:00-də Təzə Pir məscidində keçiriləcək.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti