Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
Teylor Sviftin "Wildest Dreams" mahnısına çəkilən yeni klipi tamaşaçılara təqdim olunduqdan sonra müğənni tənqid atəşinə tutulub. Trend bu barədə CNN telekanalına istinadən məlumat verir.
Videonun süjetinə əsasən, T.Sviftin qəhrəmanı köhnə dəbli Hollivud filmində çəkilir. Hadisələrin Afrikada cərəyan etməsinə baxmayaraq, videoda bir qaradərilinin belə olmaması rasizm və müstəmləkəçilik ittihamlarına səbəb olub.