...

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub (FOTO)

Mədəniyyət Materials 16 Sentyabr 2015 17:03 (UTC +04:00)
Azərbaycanda IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib.
IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, açılışda iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Kitab Sərgi-Yarmarkasının keçirilməsi artıq ənənə halını alır: "Bu tədbirə hər il maraq daha da artır".

Nazirin sözlərinə görə, əvvəllər Kitab Sərgi-Yarmarkasına 30 nəşriyyat qatılırdı: "Bu il isə dünyanın 30-a yaxın ölkəsinin 120-yə yaxın nəşriyyatı iştirak edir. Sərgi-yarmarkada Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri və digər müvafiq qurumlar iştirak edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti