Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Əməkdar artist Mətanət İsgəndərli repertuarına musiqisi Kamal müəllim, sözləri Baba Vəziroğluna məxsus olan yeni mahnı daxil edəcək.
Trend-in məlumatına görə, bu barədə əməkdar incəsənət xadimi B.Vəziroğlu bildirib.
O, qeyd edib: "Yeni işbirliyimiz Mətanət xanımın ifası üçün nəzərdə tutulub. Mahnı hazırlıq prosesindədir. Lirik nəğmə olacaq. Mətanət xanımın ifası, səs tembrinə uyğun gələn mahnı hazırlanır. Bu mahnı Kamal müəllimlə silsilə yaradıcılığımızın bir parçası olacaq. Mətanət xanımın ifası isə ona rəng qatacaq".