...

“Nabat” bədii filmi Banqladeşdən mükafatla qayıtdı

Mədəniyyət Materials 27 Yanvar 2016 12:28 (UTC +04:00)
Elçin Musaoğlunun “Nabat” bədii filmi Banqladeşdə keçirilən 14-cü Dəkkə Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.
“Nabat” bədii filmi Banqladeşdən mükafatla qayıtdı

Bakı. Trend:

Elçin Musaoğlunun "Nabat" bədii filmi Banqladeşdə keçirilən 14-cü Dəkkə Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, festival 14-22 yanvar tarixlərində Dəkkə şəhərində keçirilib və filmimiz əsas müsabiqə proqramında yer alıb. Festivalda iştirak edən "Nabat"ın yaradıcı heyətinin üzvləri filmin nümayişində və təltifetmə mərasimində iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti