...

"999-cu gecə" (FOTO)

Mədəniyyət Materials 1 Fevral 2016 15:29 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib.
"999-cu gecə" (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib.

Trend-in məlumatına görə, söhbət "Min bir gecə" nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə" tamaşasından gedir. Tamaşanın süjet xəttinin əsasında çəkməçi Marufla onun ifritə arvadı Fatma arasındakı təzadlı, ziddiyyətli münasibətlər dayanır.

Bu nağıl "1001 gecə"də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı "999-cu gecə" adlandırmaq qərarına gəlib. Səhnə əsərinə gənc və istedadlı rejissor İradə Gözəlova quruluş verəcək.

Gözlənilməz olaylarla zəngin tamaşada qeyri-adi dekorasiyadan istifadə olunacaq. Belə ki, dekorasiya 2 mərtəbəli olacaq və hər mərtəbə də simvolik məna daşıyacaq. Məsələn, üst mərtəbə cənnət, alt mərtəbə cəhənnəm anlamında olacaq. Beləcə, xeyir və şər, eşq və nifrət, işıq və zülmət, varlı və kacıb və s. təbəqələşəcək. Və bu fonda xeyirlə şərin əbədi qarşıdurması ilə yanaşı, böyük bir eşq uğrunda mübarizəsi nümayiş olunacaq.

Tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun dünyaca məşhur "Min bir gecə" baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunacaq.

Qeyd edək ki, tamaşanın quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elxan İsmayılov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti