...

İncəsənət və Şahmat Festivalı başa çatıb (FOTO)

Mədəniyyət Materials 29 Avqust 2016 15:44 (UTC +04:00)
42-ci Şahmat Olimpiadası çərçivəsində keçirilən İncəsənət və Şahmat Festivalı başa çatıb.
İncəsənət və Şahmat Festivalı başa çatıb (FOTO)

Bakı. Trend:

42-ci Şahmat Olimpiadası çərçivəsində keçirilən, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şahmat Olimpidasının Əməliyyət Komitəsi tərəfindən təşkil olunan İncəsənət və Şahmat Festivalı başa çatıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivalda iştirak edən 23 rəssam şahmat fiqurlarını müxtəlif rənglərə boyamaqla onların üzərində qeyri-adi, unikal rəsmlər çəkib.

Öz istedadı sayəsində kreativlik və şahmat ab-havası yaradan rəssamlar hər bir fiqurun özünəməxsus incəsənət nümünəsinə çevrilməsinə nail olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti