...

Ərdoğanın Baş müşaviri Bakıya gəlir

Mədəniyyət Materials 18 Noyabr 2016 19:36 (UTC +04:00)
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə noyabrın 22-dən 27-ə qədər "Bakı-Türk Filmləri Həftəsi" keçiriləcək.
Ərdoğanın Baş müşaviri Bakıya gəlir

Bakı. Trend:

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə noyabrın 22-dən 27-ə qədər "Bakı-Türk Filmləri Həftəsi" keçiriləcək.

Türkiyənin Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, festival çərçivəsində məşhur rejissorların filmləri ilə yanaşı, kinosevərlər arasında xüsusi populyarlıq qazanan ekran işləri də nümayiş olunacaq.

Eyni zamanda uşaq bağçalarında TİKA ve Yunus Emrə İnstitutunun təşəbbüsü ilə “İksir” adlı cizgi film də göstəriləcək.

Türk filmləri həftəsi çərçivəsində Bakıya türkiyəli aktyor və rejissorlarla yanaşı Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu və millət vəkilləri də gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti