...

Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" nəfəs alətləri ansamblının konserti olacaq

Mədəniyyət Materials 30 Mart 2017 19:45 (UTC +04:00)
Aprelin 25-də saat 19-da Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" nəfəs alətləri ansamblının konserti keçiriləcək.
Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" nəfəs alətləri ansamblının konserti olacaq

Bakı. Trend:

Aprelin 25-də saat 19-da Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" nəfəs alətləri ansamblının konserti keçiriləcək.

Trend-in məlumatına görə, konsertdə ansamblın üzvləri əməkdar artistlər Sirus Məmmədov (truba), Rövşən Quliyev (truba), Andrey Sabayev (valtorna), Əli Hacıyev (tuba) və Kamal Tapdlqov (trombon), Ucal Məmmədxan (zərb alətləri), həmçinin solistlər Leyla İbrahimova (vokal), Vəli Budaqov (klarnet) və Yeganə Tapdıqova (arfa) çıxış edəcəklər. Gecədə Azərbaycan və xarici bəstəkarların əsərləri səslənəcək.

Biletləri şəhərin kassalarında, Asan Xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti