...

“Bakı Payızı” 2017 il seçmə mərhələsinə start verilir

Mədəniyyət Materials 4 Aprel 2017 08:46 (UTC +04:00)
Azərbaycan Gənclər İttifaqı “Bakı Payızı” Gənc Estrada İfaçılarının Müsabiqəsinə 2017 ili üçün seçmə mərhələsinə start verir
“Bakı Payızı” 2017 il seçmə mərhələsinə start verilir

Bakı. Trend:

Azərbaycan Gənclər İttifaqı “Bakı Payızı” Gənc Estrada İfaçılarının Müsabiqəsinə 2017 ili üçün seçmə mərhələsinə start verir.

Müsabiqədə iştrak etmək üçün 16-dan 32 yaşa kimi estrada ifaçıları dəvət olunur.

İlk turda iştirakçılara qoyulmuş vaxt müddətində, təşkilatçı komitənin e-mail adresinə öz video çarxlarını göndərməlidirlər. Videoda 2 (iki) dəqiqədən çox olmayaraq, seçdikləri hər hansı bir estrada mahnısı ifa etməlidirlər.

Təşkilatçılar tərəfindən qoyulmuş müddət – 12 aprelə kimi.

Video çarx olan qeydiyyat, həmçinin qeydiyat blankında göstərməyi vacib olan punktlar: ad, soyad, atasının adı, dogum tarixi, telefon nömrəsi. Qeydiyyat videosunu [email protected] adresinə göndərə bilərsiniz.

Münsiflər heyəti 3 (üç)-gün ərzində iştirakçıları seçəçək.

2-ci tura keçən iştirakçılara təşkilatçı heyət sms vasitəsi ilə məlumat verəcək. 16 aprel Rəşid Behbudov adina dövlət Mahnı teatrında “Bakı Payızı 2017” – yarışmasının ikinçi turu keçiriləçək.

İkinçi turda iştirakçılar bir estrada janrında olan kompozisiya ifa etməlidirlər. İfanın müddəti 4 dəqiqədən çox olmamalıdır. Fonoqram-1 olmalıdır. İkinçi turda back vocal ifası qadagandır.

İkinci turun nəticələrinə görə münsiflər heyəti yarım finala keçmiş iştirakçıları həmin gün yerindəcə təqdim edəcəklər.

Yarım final turunda iştirakçılar 2 mahnı ifa edəcəklər. Bunlardan biri dünya estradasının hit mahnısı, dırdigər mahnı isə ölkəmizin estrada mahnısı olmalıdır. Final turuna 15- iştirakçı seçiləçək , hansılar ki, artıq sentyabr ayında “Bakı Payızı” əfsanəsi olmaq üçün yarışaçaqlar. Ötən illərdə “Bakı Payızı” yarışmasının parlaq ulduzları - Tünzalə Aqayeva, Aygün Kazımova, Faiq Agayev, İlqar Xəyal, Abbas Əhməd, Zaur Əmiraslanov və digərləri bu əfsanəvi yarışmanın iştirakçılar olmuşlar.

Layihənin final mərhələsi sentyabr ayında baş verəcək. Münsiflər heyətinin səs verməsi ilə birinçi, ikinçi, üçüncü dərəcəli qaliblər seçiləcək. Gələcəkdə qalib beynəlxalq yarışlardan birində Azərbaycanı təmsil edəcək.

Təşkilatçı komitənin rəhbəri Əziz Əzizov deyir: “Azərbaycan Gənclər İttifaqı Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birlikdə gənclərə öz istedadlarını böyük səhnədə göstərmək imkanı yaradır. Bu müsabiqə artıq bizim yaradıcılığımıza böyük təkan verilib. Belə ən-ənələri yaddan çıxartmaq olmaz.”
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti