...

Bakıda "Gizli xəzinələri ilə Türkiyəm" (FOTO)

Mədəniyyət Materials 21 İyul 2017 16:23 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə türkiyəli fotoqraf Sebahat Döğerin “Gizli xəzinələri ilə Türkiyəm” adlı fotosərgisi keçirilir.
Bakıda "Gizli xəzinələri ilə Türkiyəm" (FOTO)

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə türkiyəli fotoqraf Sebahat Döğerin “Gizli xəzinələri ilə Türkiyəm” adlı fotosərgisi keçirilir.

Trend-in məlumatına görə, dünən institutun binasında sərginin açılış mərasimi olub.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təşkil olunan fotosərginin Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin inkişafına kiçik bir töhfə olduğunu qeyd edib.

Türkiyənin Azərbaycandakı mədəniyyət və təqdimat müşaviri İrfan Çiftçi isə bildirib ki, bu sərgi 15 iyul çevriliş cəhdinin ildönümü ilə bağlı təşkil olunan Demokratiya və milli birlik günü tədbirləri çərçivəsində təşkil olunur.

Türkiyə səfirliyi tərəfindən həftə ərzində silsilə tədbirlərin davam etdiriləcəyini deyən İ.Çiftçi qeyd edib ki, bundan sonra da Yunus Əmrə İnstitutu ilə birgə əməkdaşlıq davam etdiriləcək.

Öz növbəsində, fotoqraf S.Döğer çıxış edərək bildirib ki, fotosərgidə Türkiyənin bir-birindən gözəl tarixi və mədəni məkanları öz əksini tapıb.

Fotoqrafiya sənətinin incəliklərindən danışan S.Döğer qeyd edib ki, bu sərgi vasitəsilə vətəni Türkiyənin gözəlliklərini bütün dünyaya nümayiş etdirmək niyyətindədir: “Bu məqsədlə ilk sərgini qardaş Azərbaycanda keçirməyi qərara aldıq. İnanıram ki, bu sərgi hər kəsdə Türkiyə haqqında xoş təəssüratlar oyadacaq”.

Daha sonra tədbirin açılış lenti kəsilib.

S.Döğerin öz obyektivi ilə Türkiyənin müxtəlif bölgələrində çəkdiyi 30-dan çox əsərin nümayiş etdirildiyi sərginin açılış mərasiminə çox sayda sənətsevər qatılıb.

Qeyd edək ki, Bakı Yunus Əmrə İnstitutunda təşkil olunan fotosərgi iyulun 23-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti