...

Filarmoniyada Həmrəylik Gününə həsr olunmuş konsert keçiriləcək

Mədəniyyət Materials 26 Dekabr 2017 10:48 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçiriləcək.
Filarmoniyada Həmrəylik Gününə həsr olunmuş konsert keçiriləcək

Bakı. Trend:

Azərbaycan Dövlət Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

Bu barədə Trend-ə Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İlk dəfə olaraq dekabrın 29-da Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, Dövlət mükafat laureatı, “Şöhrət” ordenli, tanınmış drijor, professor Rauf Abdullayevinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti, akademiyanın magistr tələbələrinın iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçiriləcək.

Konsertdə Qərbi Avropa və Rusiya bəstəkarlarının fortepiano ifaları təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti