...

Tanınmış rusiyalı violin ifaçısının Bakıda konserti olacaq

Mədəniyyət Materials 10 Yanvar 2018 22:05 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində tanınmış rusiyalı violin ifaçısı çıxış edəcək.
Tanınmış rusiyalı violin ifaçısının Bakıda konserti olacaq

Bakı. Trend:

Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzinin "Klassik musiqi inciləri" layihəsi çərçıvəsində rusiyalı violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Elina Druxun konserti keçiriləcək.

Trend-in məlumatına görə, konsertdə İ.S.Baxın, E.Şossonun, P.İ.Çaykovskinin, A.Zeynallının və F.Əlizadənin əsərləri səslənəcək. İfaçını beynəlxalq müsabiqələr laureatı, pianoçu Aslan Aslanov müşayiət edəcək.

Elina Drux Sankt-Peterburq Konservatoriyasının məzunu, Bayroytedə keçirilən Pasxal festivalının laureatı (2007), Sviridov adına Beynəlxalq müsabiqənin laureatı(2007), Mravinski adına Beynəlxalq festivalın laureatı(2008), "Rusiyanın gənc istedadları" ümumrusiya müsabiqəsinin (2008), Vayman adına Beynəlxalq müsabiqənin (2009), Birinci ümumrusiya müsabiqəsinin (2011), Rahmanınov adına 5-ci beynəlxalq müsabiqənin (2012), Yelski adına 3-cü beynəlxalq müsabiqənin (2013), Bakıda keçirilən respublika müsabiqəsinin (2017) qalibidir. Elina Drux Auer adına beynəlxalq müsabiqənin xüsusi prizinə layiq görülmüşdür (2014).

Elina Drux Avropanın və Rusiyanın bir çox şəhərlərində çıxış edir və eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur. Sankt-Peterburq hökumətinin "Pedaqoji ümidlər" mükafatına layiq görülüb (2015).

O mütəmadi olaraq Sankt-Peterburq filarmoniyasının böyük və kiçik zallarında, Dövlət Akademik Kapellasında, Konservatoriyanın böyük və kiçik zallarında, Danimarka Mədəniyyət İnstitutunda və başqa yerlərdə çıxış edir.

Biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti