...

Gəncədə "Leyli və Məcnun" operasının 110 illik yubileyi qeyd olunacaq

Mədəniyyət Materials 7 Fevral 2018 12:24 (UTC +04:00)
Gəncədə "Leyli və Məcnun" operasının 110 illik yubileyi qeyd olunacaq.
Gəncədə "Leyli və Məcnun" operasının 110 illik yubileyi qeyd olunacaq

Bakı. Trend:

Fevralın 11-də Gəncə şəhər rəhbərliyinin dəvəti və təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası keçiriləcək.

Opera və Balet Teatrının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tamaşa operanın 110 illik yubileyi çərçivəsində nümayiş olunacaq.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq artisti Mənsum İbrahimov (Məcnun), gənc və istedadlı müğam ustası Arzu Əliyeva (Leyli), Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn Salam), Xalq artisti Sabir Əliyev (Şeyx), solistlər Afaq Ağayeva, Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Nəzər Bəylərov, Teatrın xor kollektivi və simfonik orkestri çıxış edəcəklər.

Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti