Bakı. Trend:
Amerikalı jurnalist Qebriel Şerman ABŞ prezidenti Donald Tramp haqqında film üçün ssenari yazmaq niyyətindədir.
Trend-in məlumatına əsasən, filmin nəzərdə tutulan adı "Şagird"dir. Kinoda Trampın hakimiyyətə necə gəldiyi göstəriləcək.
"Mən çoxdandır ki, Trampın tarixinə heyran olmuşam", deyə jurnalist bildirib. Senarinin detalları, filmin çəkiliş tarixi və aktyor heyəti hələlik məlum deyil.