...

DTX tərəfindən Muzeyə numizmatik materiallar hədiyyə edilib (FOTO)

Mədəniyyət Materials 17 Yanvar 2019 14:02 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə tarixi əhəmiyyət kəsb edən numizmatik əşyalar hədiyyə edilib.
DTX tərəfindən Muzeyə numizmatik materiallar hədiyyə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə tarixi əhəmiyyət kəsb edən numizmatik əşyalar hədiyyə edilib.

Muzeydən Trend-ə verilən məlumata görə, Muzeyin Numizmatika fonduna təhvil verilən 142 ədəd materialdan 36 ədədi sikkə, qalanları isə kağız pul və bonlardan ibarətdir. Sikkələr XVI-XIX əsrləri əhatə edir, kağız pul və bonlar isə XX əsrə aiddir.

Muzeyə verilən bu numizmatik materiallar Numizmatika Fondunun kolleksiyasını zənginləşdirilməsində və tədqiqi baxımından mühüm tarixi əhəmiyyətə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti