...

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı “Evdə qal, cəmiyyəti qoru” kampanıyası çərçivəsində növbəti dəfə xeyriyyə aksiyası keçirib (FOTO)

Mədəniyyət Materials 16 Aprel 2020 11:13 (UTC +04:00)
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı “Evdə qal, cəmiyyəti qoru” kampanıyası çərçivəsində növbəti dəfə xeyriyyə aksiyası keçirib (FOTO)

Bakı. Trend:

Ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarından olan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərə, təbliğat-maarifləndirmə işlərinə dəstək məqsədilə növbəti dəfə xeyriyyə aksiyası keçirilib.

Trend-in məlumatına görə, İctimai Birliyin sədri Qənbər Qurbanovun tapşırığı və xüsusi himayəsi ilə keçirilən xeyriyyə aksiyasının məqsədi sosial qayğıya ehtiyacı olan vətəndaşların ehtiyaclarının ödənilməsi, bu həssas və taleyüklü məqamda onlara dəstək olmaqdan ibarətdir.

Bakı şəhərində, eyni zamanda Gəncədə keçirilən aksiya zamanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları sosial qayğıya ehtiyacı olan 100-dən artıq aztəminatlı, şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının ailələri ilə görüş keçirib. Bu dəfə də İctimai Birliyin xeyirxahlıq missiyasına uyğun olaraq sosial müdafiəyə və qayğıya ehtiyacı olan 100-dən artıq ailəyə ərzaq yardımı göstərilib, eyni zamanda onlara tibbi maska paylanılıb. Görüşlərdə iştirak edən sakinlər bu çətin və məsuliyyətli günlərdə dövlətin hərətərəfli qayğısı ilə əhatə olunduqlarını və bütün bunlara görə hər zaman xalqın yanında olan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Ölkə başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarını əsas götürən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları qeyd ediblər ki, İctimai Birlik tərəfindən bundan sonra da koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət davam etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti