...

Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq (VİDEO)

Mədəniyyət Materials 26 Yanvar 2021 14:19 (UTC +04:00)
Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq (VİDEO)

Bakı. Trend:

31 yanvar 2021-ci il tarixində Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti baş tutacaq. Konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır.

Trend-in məlumatına görə, konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "Yaşat" fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcək.

İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq. Konsertin informasiya dəstəkçisi "Nargis" jurnalıdır. Sizi 31 yanvar saat 18:15 -də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırırıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti