YARAT Rəşad Ələkbərovun yeni "Özünsən!" adlı fərdi sərgisini təqdim etdi (FOTO)

YARAT Rəşad Ələkbərovun yeni "Özünsən!" adlı fərdi sərgisini təqdim etdi (FOTO)

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı 10 iyun - 30 dekabr tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində Rəşad Ələkbərovun "Özünsən!" adlı fərdi sərgisini təqdim edib.

Trend xəbər verir ki, immersiv layihədə rəssamın YARAT-ın sifarişi ilə hazırladığı yeni heykəl və instalyasiyaları nümayiş olunur.

Xitabən, Ələkbərovun "Özünsən!" sərgisi tamaşaçı ilə səssiz, lakin düşünməyə vadar edən bir dialoqudur. Bu dialoqun baş tutmasının əsas açar elementi labirintdir. O, insanı həqiqətə/özünüdərketməyə aparan yol simvolu kimi hərəkət, yenilənmə və yeni doğuluş ideyasından çıxış edir. "Makqaffin effekti"ni nəzərdə tutaraq, rəssam labirint kontekstindən çıxış edir və əşyanın/hadisənin deyil, prosesin/yolun önəmli olduğunu vurğulayır. Alleqoriya və metaforalar dili ilə danışan instalyasiyalar insan varlığının ən dərin qatlarına baş vuraraq, ikimənalı fikirləri üzə çıxarır. Bu anlayışdan qaynaqlanaraq, Ələkbərovun bəşəriyyət və cəmiyyət, yaranış və varlıq, yaddaş və xatirə, etiqad, siyasi strukturlar, kitç mədəniyyətinə əsaslanan müraciəti və onun istinadlarının əsas ünvanı məhz insanın özüdür.

Sərgi, labirint mövzusunun adaptasiyasından daha çox, onun transformasiyası və ideyasının genişləndirilməsini əks etdirir. Bu "səyahətdə" müxtəlif "alətlərdən" istifadə edərək, rəssam keçmiş və baş verən proseslərdən danışır. Labirintin əsas obrazlarından biri, Krit çarı Minosun qızı – Ariadnanın qırmızı sapına istinadən, rəssam labirint boyunca yönəldici mesajlar yazır. Bu mesajlar sərgidə olan əsərlərin başa düşülməsində köməkçi vasitə və layihə konseptinə tabe olmaq fikirləri kimi səsləndirilir. Avropa dəyərlərini mədəni və mənəvi prizmadan açıqlayaraq, rəssam Şərq fəlsəfi fikri və mifologiyası ilə kəsişən paralellər qurur. Avtobioqrafik elementlərin mövcud olduğu əsərlərdə, rəssam xatirə və yaddaş mövzusuna toxunur. Bu leytmotivi təşkil edən komponentlərə uşaqlıq oyunlarından tutmuş, postsovet ölkəsinin məişətinə qədər olan fraqmentlər aiddir. Yığılmamış pazlın hissələri kimi bu fraqmentlər bütün labirint boyunca səpələnib. "Mən burada olmuşam" kəlməsi isə Ələkbərovun Venesiya Biennalesindəki layihəsini xatırladaraq, həm də lokal xarakterli submədəniyyətlərə istinadıdır.

***

Sərginin kuratoru Fərəh Ələkbərlidir.

***

Rəssam haqqında

Rəşad Ələkbərov (d. 1979, Bakı) Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsinin məzunudur (2001). Rəssamın yaradıcılığına boyakarlıq, heykəltəraşlıq, səhnəqrafiya, video-art, memarlıq dizaynı istiqamətləri daxildir, həmçinin onun müasir incəsənətdə özü üçün seçdiyi istiqamət – kölgələrlə instalyasiyalardır. Bu instalyasiyalar vasitəsilə o, aktual mövzularda olan fikir/mesajlarını çatdırır. R. Ələkbərovun ilk kölgə instalyasiyası 2000-ci ildə "Zamanın qanadları" sərgisində nümayiş olunub. Onun fərdi sərgiləri müxtəlif məkanlarda nümayiş olunub: "İşığın sehri" (Dalian Times Square, Dalyan, ÇXR, 2018) "Sözlər" (Bakı Müasir İncəsənət Muzeyi, 2014); "Başqa şəhər" ("YAY" qalereyası, Bakı, 2013). Rəşad Ələkbərov bir çox yerli və xarici tədbirlərin iştirakçısıdır: "Beyond the Shadows" (Taynan, Tayvan, 2019) MiSK İncəsənət Festivalı (Ər-Riyad, Səudiyyə Ərəbistanı, 2019, 2017 ); İslam İncəsənəti Festivalı (Şarja, BƏƏ, 2018, 2016, 2012); Cosmoscow Art Fair (Moskva, Rusiya, 2014); Artbat Fest (Almatı, Qazaxıstan, 2014); 12-ci Avesta İncəsənət Festivalı (Stokholm, İsveç, 2014); East Wing Biennialesi (London, Böyük Britaniya, 2014) həmçinin o, Azərbaycanı 52-ci, 55-ci və 56-cı Venesiya Biennalelərində təmsil edib. Rəssamın əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.

***

Redaktorlar üçün qeyd:

Sərgi: Rəşad Ələkbərov, "Özünsən!" fərdi sərgi

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı)

Keçirilmə tarixləri: 10 iyun – 30 dekabr, 2021-ci il

Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, saat 12:00 – 20:00

Giriş sərbəstdir

***

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT ("yaratmaq" mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, XX-XXI əsrlər Azərbaycan Rəngkarliği Muzeyi, ARTIM Layihə Məkanı və ARTIM Lab Emalatxanası geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi müxtəlif kolleksiyalardan olan əsərlər ilə silsilə sərgilər, ictimai proqramlar və təhsil layihələri həyata keçirir. Muzey təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, muzeyin peşəkar heyəti isə interaktiv ekskursiyaların köməyi ilə hər gün məktəbliləri və tələbələri ekspozisiya ilə tanış edir, onlara incəsənəti anlamağı və təfsir etməyi öyrədirlər.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM ("tərəqqi" mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində il ərzində 5 beynəlxalq rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

Sülh və stabillik görmək istəyənlər müharibənin artıq geridə qaldığını qəbul etməlidirlər - Tural Gəncəliyev
Sülh və stabillik görmək istəyənlər müharibənin artıq geridə qaldığını qəbul etməlidirlər - Tural Gəncəliyev
Şuşanın ən qısa zamanda tam yeni bir qiyafəyə qovuşacağına inanıram - Rəcəb Tayyib Ərdoğan
Şuşanın ən qısa zamanda tam yeni bir qiyafəyə qovuşacağına inanıram - Rəcəb Tayyib Ərdoğan
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb - Ceyhun Bayramov
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb - Ceyhun Bayramov
Loading Bars
Xəbər lenti
Qüdsdə İsrail polisi ilə toqquşmalarda 20 fələstinlini yaralanıb
Türkiyə sahillərində 5.9 bal gücündə zəlzələ baş verib
Türkiyədə koronavirusdan sağalanların sayı 5,23 milyonu ötüb
Boksçumuz Avropa çempionatında ermənini məğlub etdi
Avro-2020: Belçika yığması Finlyandiya, Daniya yığması Rusiya komandasına qalib gəldilər
Bağdadda ABŞ hərbçiləri yerləşən aeroport zonasına hücum olub
Misirdə qatar avtobusla toqquşub, ölənlər var
Sülh və stabillik görmək istəyənlər müharibənin artıq geridə qaldığını qəbul etməlidirlər - Tural Gəncəliyev
FHN Bakıda binada baş verən partlayışla bağlı məlumat yaydı
Qazaxıstanın FlyArystan aviaşirkəti Özbəkistana ilk reys edib
“Grand Chess Tour”:Teymur Rəcəbov günün son qarşılaşmasını qələbə ilə başa vurub
Azərbaycan idmançıları Cenevrədə keçiriləcək Akrobatika gimnastikası yarışmasında iştirak edəcəklər
Şuşanın ən qısa zamanda tam yeni bir qiyafəyə qovuşacağına inanıram - Rəcəb Tayyib Ərdoğan
Bakıda partlayış baş verən binadakı yanğın söndürülüb - RƏSMİ
Bakıda yaşayış binasında partlayış olub (VİDEO)
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb - Ceyhun Bayramov
Paşinyanın məğlubiyyətə bərabər qələbəsi... - Ermənistanda nə baş verir?
Ermənistanın hərbi-siyasi rəhbərliyi qanun qarşısında cavab verməlidir - Ombudsman (MÜSAHİBƏ)
“Altılıq” platforması regional inkişaf üçün zəmindir - Vüsal Qasımlı
Prezident İlham Əliyevin təqdim etdiyi sülh modeli işğalçı dövlətin çətinliklərdən xilası deməkdir - Vüqar Rəhimzadə
Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb
Balakəndə polis özünü güllələyib
Vaksinasiya haqqında təbliğat kampaniyası davam edir (VİDEO)
ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir (FOTO)
Şəhid ailəsi və qazinin evinə qaz verildi (VİDEO)
MEDİA-nın Aljazeera Media İnstitutu ilə əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)
Erməni seçicilər indi başa düşürlər ki, Ermənistanın "məğlubedilməzliyi" fikri bir mifdir - Brayza
AQTA pandemiya qaydalarını pozan 5 obyekt aşkarladı
Ermənistanda keçirilən parlament seçkiləri siyasi analitiklərin baxış bucağında – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə şəhidlərin anım mərasimi keçirilib (FOTO/VİDEO)
Azərbaycanda fəaliyyət göstərən icmalar Şuşa Bəyannaməsini dəstəkləyir
Metroda maskalara nəzarət üçün tədbirlər gücləndirilib
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 49 nəfər COVID-19-dan sağalıb, 28 nəfər yoluxub, 1 nəfər vəfat edib
Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası təsdiqləndi
Ermənilər böyük bir oyunun piyadasına çevrildiklərinin fərqindədirlər - Aydın Mirzəzadə
Nyu-Yorkda minaya düşərək həlak olan azərbaycanlı jurnalistlər yad edilib (FOTO)
“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqləndi
Biləsuvar sakininə məşğulluq üçün xəstə heyvan verilməsi iddiası yalandır - Dövlət Agentliyi
“Şimal-Cənub” nəqliyyat dəhliz ilə ilk konteyner blok qatarı yola düşüb
ETSN xəbərdarlıq etdi: Ölkədə 44 dərəcə isti olacaq
Ermənistandakı seçkilərin nəticələrinin yeni şərtlərdə siyasi həyatın formalaşmasına necə təsir edəcəyi hələ bəlli deyil - Lavrov
Dağlıq və dağətəyi ərazilərdə taxıl biçininə 20 dağ kombaynı cəlb edilib (FOTO)
Türkiyə Futbol Federasiyası Azərbaycana təşəkkür edib
Azərbaycan vətəndaşlığına qəbul edilən 245 nəfər and içib (FOTO)
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir (FOTO)
Azərbaycan ilə Pakistan arasında birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub (FOTO)
Ermənistanda seçki saxtakarlığı siyasi xaosun və etirazların baş verəcəyini qaçılmaz edir
Anasını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
İcbari tibbi sığorta üzrə dövlət büdcəsinə ödənilən vəsait açıqlandı
DSX 106 ədəd nərə cinsli balığı qanunsuz ovlayan dəstəni saxladı (FOTO)
Beyləqanda ağır qəza: 1 ölü, 3 yaralı var (FOTO)
Karantin rejimi dövründə 360 nəfərə saxta arayış verən şirkət rəhbəri həbs edildi
Azərbaycanın Ermənistanı məğlub edərək ərazilərini geri qaytarması hər bir pakistanlı üçün möhtəşəm hadisədir - Qamar Caved Bacvan
Yaxın gələcəkdə İran şirkətlərinin Qarabağda iştirak edəcəyi layihələr müəyyənləşəcək - Səfir
Trend BİA və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)
Elektron sistemdə əmək müqaviləsi olan işçilərin yaş qrupları açıqlanıb
Suraxanıda gözəllik salonundan oğurluq olub (FOTO/VİDEO)
13 nəfərlik növbəti erməni terrorçu dəstənin məhkəmə baxışı iyulun 1-nə təyin edilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Bu il fermerlərə 30 milyon manatdan artıq kredit verilib
“AzerGold” Naxçıvanda yerləşən 2 yataqda geoloji kəşfiyyat işlərinə start verib
Azərbaycan Prezidenti: Biz Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq
Xarici şirkət əməkdaşı iş zamanı xəsarət alıb
Prezident İlham Əliyev: Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüquq və ədaləti fəal şəkildə müdafiə edir
Azərbaycan Prezidenti: Pakistan torpaqlarımızın işğalı səbəbindən Ermənistanı tanımayan və Ermənistanla diplomatik əlaqələr qurmayan az sayda ölkədən biridir
Prezident İlham Əliyev: Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir
ADRA 458 reklam qurğusunda peyvəndlənmə ilə bağlı sosial reklamların yayımını təmin edib (FOTO)
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq
Əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısında dəyişiklik edilib
Azərbaycanla Türkiyə arasında daha bir sənəd təsdiqlənib
Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə Şuşa Bəyannaməsi ilə bağlı onlayn konfrans keçiriləcək
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar artıb
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri açıqlanıb
Üçtərəfli razılaşmaların regionda uzunmüddətli sülhə yol açacağına ümid edirik - Qazaxıstan XİN rəhbəri
Azad olunan ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvaya yola düşüb
Azərbaycan və Qazaxıstan arasında COVİD pasportunun qarşılıqlı tanınmasına hazırıq - Nazir
Ombudsman işğaldan azad olunmuş ərazilərdə minaların yaratdığı ağır nəticələrə dair hesabat yayıb
Azərbaycanlılar BBC-nin binası qarşısında aksiya keçirib (FOTO)
Azərbaycanla Qazaxıstan arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub - Muxtar Tleuberdi
Goranboyda yol tikintisinə 13,5 milyon manat yarılıb - SƏRƏNCAM
Ermənistanın mina xəritələrini verməməsi vəziyyəti daha da gərginləşdirir - Azərbaycan XİN rəhbəri (FOTO)
İnanırıq ki, Ermənistan hakimiyyəti böhrandan düzgün nəticə çıxaracaq - Ceyhun Bayramov
Ermənistanda seçki pozuntuları ilə bağlı İstintaq Komitəsinə yeni materiallar daxil olub
İranın Buşehr AES-i fəaliyyətini dayandırıb
Sabah temperatur 40 dərəcəni keçəcək
Yaxın gələcəkdə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın iclası gözlənilir - Ceyhun Bayramov
Nazir şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı müraciət edib
Yasamalda 2 küçə təmir edilib (FOTO)
Bədii gimnastlarımız Misirdən medallarla dönür (FOTO)
ADU nəzdindəki Konfutsi İnstitutunda Çin mədəniyyəti müsabiqəsi keçirilib
Laçın rayonunun Qalaça kəndi (VİDEO)
Bakı Ali Neft Məktəbinin 7 tələbəsi “Azərikimya”da işə başlayıb
Dövlət qulluqçuları nə qədər maaş alır? - RƏSMİ
MMC işçisi krandan yıxılaraq ölüb
Ağsuda yeniyetmənin döyülərək öldürülməsi ilə bağlı cinayət işi açılıb
1941-1945-ci illər müharibəsində iştirak edən azərbaycanlıların xatirəsi Belarusda əbədiləşdirilir (FOTO)
Prezident İlham Əliyev Pakistanın Quru Qoşunlarının komandanını qəbul edib (YENİLƏNİB) (VİDEO)
İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir - Nazir
Azərbaycan və Qazaxıstan xarici işlər nazirlərinin geniştərkibli görüşü keçirilir (FOTO)
Bütün xəbərlər