YARAT "20-ci Əsrin Son Çiçəkləri: Nəsil Y" adlı yeni qrup sərgisini təqdim edib (FOTO)

YARAT "20-ci Əsrin Son Çiçəkləri: Nəsil Y" adlı yeni qrup sərgisini təqdim edib (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənət Mərkəzində 10 iyun - 30 dekabr (Dövlət Bayrağı Meydanı yaxınlığında) "20-ci Əsrin Son Çiçəkləri: Nəsil Y" adlı yeni qrup sərgisini təqdim edib.

Trend xəbər verir ki, "XX əsrin son çiçəkləri: Y nəsli" adlanan bu sərgi, millenialların şəxsiyyətini əsas mövzular, suallar və problemlər vasitəsilə araşdırır.

"Y nəsli" və ya "milleniallar" – XX əsrdə doğulmuş, lakin yeni minillikdə böyümüş insanlardır. Onları əvvəlki və sonrakı nəsillərdən fərqli olan insanlar kimi dəyərləndirirlər ki, bu da həmin nəslin unikallığını vurğulayır. Ötən əsrin "son çiçəkləri" sayılan bu nəsil, mövcud reallığı şəxsi reallıqları vasitəsilə qurublar.

Sərgi başlıca diqqəti sosial qavrayışın müxtəlif səviyyələri vasitəsilə özünüidentifikasiya və özünüifadə üsullarına cəlb edir. Sərgi sovet keçmişinə istinad edən reallığı əks etdirməklə rəssamların gənclik təcrübəsini ifadə edir. Statik və ya dinamik, durğun və ya mütərəqqi – burada insanların həyatı necə qavraması ilə bağlı müxtəlif təsvirlər var. Yaddaş və nostaljiyə qərq olan əsərlər, sözügedən nəslin formalaşmasında həlledici amil kimi çıxış edən sosial mühiti tədqiq edir. Əsərlər mədəniyyət, submədəniyyət və tendensiyalar kimi anlayışlara nəzər salaraq, həyat tərzi və davranışla bağlı əsas ahəngləri ortaya qoyur.

"XX əsrin son çiçəkləri: Y nəsli" 6 gənc rəssamın video, fotoqrafiya və fotoinstalyasiyalarını bir araya gətirir. Alina Orlov (İsrail), Giorgi Rodionov (Gürcüstan), Zamir Süleymanov (Azərbaycan), Yarema Malaşçuk və Roman Himey (Ukrayna), həmçinin Saşa Kurmazın (Ukrayna) seçilmiş əsərləri, eyni zaman kəsiyində yaşayan və müxtəlif ölkələrdən olan gənclərin fərqli reallıqlarını, dəyərlərini və qavrayışlarını nümayiş etdirir.

***

Sərginin kuratoru Fərəh Ələkbərlidir.

***

Rəssamlar haqqında:

Yarema Malaşçuk və Roman Himey (Kiyev, Ukrayna) vizual rəssam, kinorejissor və kinooperator kimi fəaliyyət göstərirlər. Həm Himey (2013), həm də Malaşçuk (2014) Kiyev Ekran Sənətləri İnstitutunda bakalavr dərəcəsi alıblar. Onların yaradıcılığında "kütlə obrazının" tarix və mədəniyyətdə ayrıca bir personaj kimi araşdırılması əsas yer tutur. Rəssamlar dueti Pinçuk İncəsənət Mərkəzinin xüsusi mükafatına layiq görülüb. Onların birgə əsərləri "frei_raum Q21" sərgi məkanı (Vyana, Avstriya, 2019), "Bursa Gallery"də (2017, 2019), "İZOLYATSİYA" qalereyası (2018) və Pinçuk İncəsənət Mərkəzində (2018) (Kiyev, Ukrayna) nümayiş etdirilib.

Alina Orlov (d. 1990, Moskva, Rusiya) – Tel-Əvivdə (İsrail) yaşayan, performans, video və heykəltəraşlıq üzrə ixtisaslaşmış rəssam. O, Betsalel İncəsənət və Dizayn Akademiyasının (Yerusəlim, İsrail) BFA proqramını fərqlənmə diplomu və Çikaqo İncəsənət İnstitutunun (Çikaqo, ABŞ) Kino, Video, Yeni Media və Animasiya fakültəsini magistr dərəcəsi ilə bitirib. Alina "Sullivan Galleries" (Çikaqo, ABŞ, 2019), "Rosenfeld Gallery" (2019) və "Maze 9 Gallery" (2016) qalereyalarında (hər ikisi Tel-Əviv) fərdi sərgilərini keçirib. Alina həmçinin "SAIC Galleries" (Çikaqo, ABŞ, 2020), "Zhou B Art Center" (Çikaqo, ABŞ, 2018), ARTIM Layihə Məkanı (Bakı, Azərbaycan, 2017) və "Slade School of Art"-da (London, Böyük Britaniya, 2014) təşkil edilən qrup sərgilərində də iştirak edib.

Giorgi Rodionov (d. 1990, Tbilisi, Gürcüstan) – müxtəlif dövrlərdə yer alan sosial və siyasi hekayələr üzrə ixtisaslaşan rəssam və kuratordur. Giorgi Gürcüstanda jurnalistika üzrə bakalavr dərəcəsini alıb. Universiteti bitirəndən sonra, o, müasir incəsənət üzrə magistr dərəcəsi almaq məqsədilə Avropaya üz tutub. Giorginin əsərlərinin əksəriyyəti, sonradan instalyasiya, performans, partisipativ incəsənət, kitab və ya digər müxtəlif media vasitələrinə transformasiya edən araşdırmalara söykənir. Giorgi "Untitled Gallery"-nin təsisçisidir və onun əsərləri Avropada və Gürcüstanda nümayiş etdirilib.

Saşa Kurmaz (d.1986, Kiyev, Ukrayna) – müxtəlif medialar ilə eksperimentlər aparan küçə rəssamı və fotoqraf. 2005-ci ildə Kiyev Elektromexanika Kollecini və 2008-ci ildə Mədəniyyət və İncəsənət Menecmenti Milli Akademiyasını bitirib. Onun əsas bədii istiqaməti şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətləri araşdırır. Onun fərdi sərgiləri "Edmund Felson Gallery" (Berlin, Almaniya, 2021, 2017), "Chech Gallery" (2018), Pinçuk İncəsənət Mərkəzi (2016) (hər ikisi Kiyev, Ukrayna) və "UV21" qalereyasında (Varşava, Polşa, 2015) keçirilib.

Zamir Süleymanov (d. 1987, Bakı, Azərbaycan) Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr dərəcəsi ilə bitirib və "Rijksakademie van Beeldende Kunsten"-də (Amsterdam, Niderland, 2018-2020) magistrant-rezident proqramını keçmişdir. Yaradıcılıq fəaliyyətinə klassik fotoqrafiya ilə başlayıb, daha sonra müasir foto və videolara keçib. Rəssamın yaradıcılıq təcrübəsi Azərbaycanın sosial-mədəni reallıqlarının ayrılmaz hissəsi sayılan xüsusiyyətlər və paradoksların müşahidəsi ilə bağlıdır. Onun əsərləri Asiya İncəsənət Muzeyi (San-Fransisko, ABŞ, 2020), YARAT Müasir İncəsənət Mərkəzi (Bakı, Azərbaycan, 2020), "Rijksakademie Open Studios" (Amsterdam, Niderland, 2019), Pinçuk İncəsənət Mərkəzində (Kiyev, Ukrayna, 2019) və MoMA-da (Tbilisi, Gürcüstan, 2019) nümayiş etdirilib.

***

Redaktorlar üçün qeyd:

Sərgi: "XX əsrin son çiçəkləri: Y nəsli" qrup sərgi

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı)

Keçirilmə tarixləri: 10 iyun – 30 dekabr, 2021-ci il

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, saat 12:00 – 20:00

Giriş sərbəstdir

***

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT ("yaratmaq" mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, XX-XXI əsrlər Azərbaycan Rəngkarliği Muzeyi, ARTIM Layihə Məkanı və ARTIM Lab Emalatxanası geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi müxtəlif kolleksiyalardan olan əsərlər ilə silsilə sərgilər, ictimai proqramlar və təhsil layihələri həyata keçirir. Muzey təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, muzeyin peşəkar heyəti isə interaktiv ekskursiyaların köməyi ilə hər gün məktəbliləri və tələbələri ekspozisiya ilə tanış edir, onlara incəsənəti anlamağı və təfsir etməyi öyrədirlər.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM ("tərəqqi" mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində il ərzində 5 beynəlxalq rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarların nəzərinə!
Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarların nəzərinə!
Qazaxıstanın FlyArystan aviaşirkəti Özbəkistana ilk reys edib
Qazaxıstanın FlyArystan aviaşirkəti Özbəkistana ilk reys edib
İran Azərbaycanla ticarəti dəmiryolu sahəsində də şaxələndirmək niyyətindədir – İran səfiri
İran Azərbaycanla ticarəti dəmiryolu sahəsində də şaxələndirmək niyyətindədir – İran səfiri
Loading Bars
Xəbər lenti
Bu gün 2 mindən çox şagird Azərbaycan dili fənni üzrə imtahan verəcək
"Janssen" koronavirusa qarşı təkrar vaksinasiyaya ehtiyac olub-olmadığını araşdırmağa davam edir
Braziliyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb
Vaksinasiya Britaniyada 14 min ölüm halının qarşısını almağa imkan verib
ABŞ Braziliyaya 3 milyon doza peyvənd göndərəcək
Fransada koronavirusla əlaqədar xəstəxanada müalicə alan vəətəndaşların sayı 10 mindən aşağı düşüb
ABŞ daha 5 Çin şirkətini "qara siyahı"ya əlavə edib
"Avro-2020": Pley-off mərhələsinə çıxan bütün komandalar bəlli oldu
Vaşinqtonda piyada körpüsü çöküb
Almaniyada bir həftə ərzində Delta ştammına yoluxma halı iki dəfə artıb
ABŞ nümayəndə heyəti Kabil hava limanının təhlükəsizliyini müzakirə etmək üçün Türkiyəyə yollanacaq
Afrikada koronavirusa yoluxanların sayı 5,25 milyonu ötüb
Mərkəzi Afrika Republikasında hökumətin yeni tərkibi elan edilib
"Avro-2020": İsveç və İspaniya pley-off mərhələsində
Rusiyada 16 milyon nəfər koronavirusa qarşı tam peyvənd olunub
Britaniyada ötən sutka koronavirusa 16 mindən çox yoluxma qeydə alınıb
Vaksinləşmə prosesində aktiv iştirak etməliyik ki, normal həyata qayıda bilək - Deputat
MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın materialları dərc olunub (FOTO)
“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir (FOTO/VİDEO)
Gəncədə yabanı halda bitən çətənə kolları məhv edilib (FOTO)
Belçikanın “VRT” telekanalının saytında işğaldan azad olunmuş Ağdam haqqında reportaj yayımlanıb (FOTO/VİDEO)
HDQ-nin taktiki təlimləri başa çatıb (FOTO/VİDEO)
İranda jurnalistləri daşıyan avtobus aşıb: 2 nəfər ölüb, 21 nəfər yaralanıb (FOTO)
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 12 məsələ daxil edilib
S7 Airlines aviaşirkəti Voronejdən Azərbaycana ilk uçuşunu ləğv edib
Azərbaycanın “Şimal-Cənub” dəhlizindəki rolu müzakirə olunub
Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir (FOTO)
Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib
Xəzərdə qanunsuz nərə balığı ovlayanlar həbs edildi
Fazil Ağalarova “general-leytenant” ali hərbi rütbəsi verilib
İlyas Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verildi
Rafiq Ramazanova “general-mayor” ali hərbi rütbəsi verilib
ƏƏSMN-də daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib (FOTO)
"Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb
Qərbdə ətraf mühitlə bağlı neft-qaz şirkətlərinə olan təzyiqlər qiymətləri qaldırır - Brenda Şaffer
UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib (FOTO)
"Real-Trend" layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
MDU və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə növbəti seminar keçirilib (FOTO)
Hazırda Bakıda toz hissəciklərinin konsentrasiyası normadan 5.1 dəfə yüksəkdir
“PAŞA Bank” və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə konfrans keçirilib
NATO Quru Qoşunları Komandanlığının nümayəndə heyəti Hərbi Akademiyada olub (FOTO)
Mətbuat Şurasında Vətən Müharibəsində iştirak etmiş jurnalistlərlə görüş olub (FOTO)
“Mədəniyyət naminə sülh” kampaniyası ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb
Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqı müəyyənləşib
Odlar Yurdu Universitetində “Şuşa bəyannaməsi – qardaşlıq və dostluğun zirvəsi” adlı konfrans keçirilib
İyunun 24-nə USD/AZN rəsmi məzənnəsi
Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et!
AHİK isti hava şəraitində işçilərin işə cəlb edilməsi ilə bağlı məlumat yayıb
"Mədəniyyət naminə sülh” kampaniyasının məqsədi işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyəti dünyaya çatdırmaqdır - Anar Kərimov
Azərbaycan Buxarada keçirilən beynəlxalq forumda təmsil olunur (FOTO)
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb
MEDİA Agentliyi və ADA Universitetinin jurnalistlər üçün təşkil etdiyi seminarlar və yeni informasiya strategiyası - “Əsas məsələ”də MÜZAKİRƏ
Hacıqabulun iki kəndinin su problemi həll edilib (FOTO)
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu
Azad edilmiş ərazilərimizdə daha bir modul tipli hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 84 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub
Rusiyanın S7 Hava Yolları Voronej-Bakı marşrutu ilə uçuşlara başlayacaq
Azərbaycanlı jurnalistlər üçün Türkiyənin Antalya şəhərinə mediatur təşkil edilib (FOTO)
Azərbaycanda abituriyentlər əsasən hansı ixtisasları seçib?
FHN taxıl sahələrində yanğın təhlükəsizliyinə qarşı tədbirlərə başladı (FOTO)
Ötən il ümumtəhsil müəssisələrini bitirən məzunların sayı açıqlanıb
Azərbaycan və BƏƏ arasında kosmik sahədə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Azərbaycan ali təhsil müəssisələrində ən çox yer I qrupa ayrılır
Azərbaycanda abituriyentlər ən çox bu qrupu seçib
Baş Prokurorluqda konfrans keçirilib (FOTO)
Ağdama səfərim zamanı siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum - Migel Anxel Moratinos
Təkrar əkinlərə görə subsidiya almaq üçün müraciətlərin qəbuluna başlanılıb
Azərbaycan nümayəndə heyəti “MİLEX-2021” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində
Sarayda 7 küçə asfaltlanıb (FOTO)
20 iranlı məhbus Azərbaycandan ekstradisiya olunub
Dövlət Məşğulluq Agentliyi vətəndaşın şikayətinə aydınlıq gətirdi (VİDEO)
AYIB ilə gələcək əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub
23 iyun – Dövlət qulluqçularının peşə bayramı günüdür (FOTO)
Meksika səfiri “Azərsun Holdinq”in sədri ilə görüşüb
Prezident İlham Əliyev: Bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik
Azərbaycan Prezidenti: Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var
Prezident İlham Əliyev: Mən müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir - Rauf Əliyev
Geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik - Tural Gəncəliyev (VİDEO)
İranda ötən sutka koronavirusdan 112 nəfər ölüb
Emin Əmrullayev Bakı Ali Neft Məktəbində (FOTO)
Bizə bir gündə Ağdamdan 35 "Kamaz" mişar daşı sökdürüb daşıtdırıblar - Erməni əsirliyində olan şəxs
Ermənilər əsir düşən azərbaycanlını diri-diri yandırdılar - Keçmiş əsir
Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarların nəzərinə!
“AccessBank” Sahibkarlığın İnkişafı Fonduyla birgə sahibkarlara dəstək olmaqda davam edir
Gözlərim döyülməkdən tutulmuşdu - Keçmiş əsir
İşğaldan azad olunmuş ərazilərdə yeni su kanallarının tikintisi nəzərdən keçirilir
Mkrtiçyan mənə elə işgəncələr verib ki, hələ də unuda bilmirəm - Keçmiş əsir
Ermənistanda yeni hökumət formalaşdıqdan sonra üçtərəfli işçi qrupunun fəaliyyəti davam etdiriləcək - Şahin Mustafayev
Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəmə prosesi iyunun 30-da davam edəcək (FOTO) (ƏLAVƏ OLUNUB)
Mərdəkandakı yanğın söndürülüb
Azərbaycanda pandemiya səbəbindən sahibkarlara 50 milyon manata yaxın subsidiya ödənilib
Ermənistandakı siyasi gərginlik 10 noyabr razılaşmasına əngəl ola bilməz
Sabah 42 dərəcə isti olacaq - Güclü temperatur diskomfortu gözlənilir
Qarabağda 13 hidroloji stansiyanın quraşdırılması nəzərdə tutulur - Baş nazirin müavini
Mərdəkan şosesində yanğın: Yolda sürət həddi endirildi (FOTO)
Ağdam rayonunun Salahlı Kəngərli kəndi (VİDEO)
Bütün xəbərlər