...

YARAT Teatr Klubu "Məhəbbət" tamaşasını təqdim edir

Mədəniyyət Materials 2 İyun 2022 14:35 (UTC +04:00)
YARAT Teatr Klubu "Məhəbbət" tamaşasını təqdim edir

Bakı. Trend:

YARAT Teatr Klubu "Məhəbbət" tamaşasını təqdim edir.

Quruluş kişi və qadın münasibətləri, insanlar arasında canlı ünsiyyət, insan səhvləri, kompromis, bağışlanma və nəhayət sevgi haqqındadır.

Baxmayaraq ki, pyes "yeni dalğa" cərəyanın nümayəndəsi olan Lyudmila Petruşevskaya tərəfindən çətin və "durğun" dövrdə (1974) yazılıb, əsər bu gün də öz aktuallığını itirmir.

Tamaşanın rejissoru Mikayıl Əliyevdir (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru)

Aktyorlar: Səbinə Asim (Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası), Bəhruz Əliyev (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru), Məryəm Adıgözəlova (Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti