...

Rəssam Lətafət Məmmədova ilə görüş keçirilib (FOTO)

Mədəniyyət Materials 20 İyun 2022 13:51 (UTC +04:00)
Rəssam Lətafət Məmmədova ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı UNESCO - Beynəlxalq İncəsənət Assosiasiyası, UNESCO -Beynəlxalq Plastik Sənətlər Assosiasiyası və Türkiyənin Bakırköy Rəssamlar Dərnəyinin üzvü Azərbaycan rəssamı Lətafət Məmmədova ilə görüş keçirib.

Görüş XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində baş tutub. Moderator Zəhra Məmmədova olub.

Lətafət Məmmədova 1973-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini müvəffəqiyyətlə bitirmişdir. Riqa, Vilnüs və digər Baltikyanı şəhərlərin müxtəlif bədii kollektivlərində (1978-80-ci illər) fəaliyyət göstərərək, yaradıcılığına görə çoxsaylı mükafatlara layiq görülmüşdü. Yaradıcılıq fəaliyyəti ilə yanaşı o, 1980-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi kimi daha sonra, İncəsənət bölməsinin rəhbəri vəzifəsində çalışmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti