...

“Baku Championship 2025” müsabiqəsi çempionları bəlli oldu (FOTO)

Mədəniyyət Materials 1 Mart 2025 17:46 (UTC +04:00)
“Baku Championship 2025” müsabiqəsi çempionları bəlli oldu (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Rəşid Behbudov adına Mahnı Teatrında “Azərbaycan Gənclər İttifaqı” və “Azərbaycan Rəqs Asssosasiyası”nın birgə təşkilatçılığı ilə “Baku Cahmpionship 2025” adlı rəqs müsabiqəsi keçirilib.

Trend xəbər verir ki, dörd hissədən ibarət olan rəqs müsabiqəsində 1000-dən çox iştirakçı öz yaş qrupları arasında öz nominasiyaları üzrə mübarizə aparıb. Müsabiqənin ilk hissəsində gimnastik\akrobatik rəqs, iştirakçıları, ikinci hissədə akademik rəqs, show dance, hip-hop rəqsinin iştirakçıları, üçüncü hissədə bollywood, klassik hind, dünya xalq rəqslərinin iştirakçıları və yekun olaraq, dördüncü hissədə isə folklor etnik, folklor stilizasiya, folklor show rəqslərinin iştirakçıları bir-birilə qarşılaşıblar.

Müsabiqəyə həm paytaxt şəhər Bakıdan, həm müxtəlif bölgələrimizdən iştirakçılar qatılıb.

“Baku Championship 2025” müsabiqəsində rəqqasların çıxışları peşəkar münsiflər tərəfindən meyarlara uyğun və ədalətli şəkildə qiymətləndirilib, Laureat sahibləri və qaliblər bəlli olub.

Layihənin rəhbəri, “Azərbaycan Rəqs Assosasiyası”nın perzidenti Əziz Əzizov müsabiqədə öz nitqində bildirib:

“Bu müsabiqənin təşkilində missiyamız mədəni dəyərləri daha da gücləndirmək, incəsənətin hər növünün elementlərini özündə cəmləşdirən, şəxsiyyətin, onun mənəvi və fiziki inkişafının harmoniyasına imkan verən rəqs incəsənətinin mahiyyətini təqdim etməkdir”.

Qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin istedadlarını üzə çıxarmaq, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

“Baku Championship 2025” müsabiqəsinin çempionları ən çox nominasiya üzrə qabiliyyətlə Anarə Süleymanlının bədii rəhbərliyi altında fəaliyyət göstərən “Nur dance” komandası olub.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti