Bakı. Trend:
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Novruz bayramına həsr olunmuş konserti baş tutub.
Trend xəbər verir ki, dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist - Nigar Cəfərova dinləyicilər qarşısında çıxış edib.
Proqramda Ü.Hacıbəyli “Koroğlu” operasından rəqs, Q.Qarayev “Yeddi gözəl” baletindən “Gözəllər gözəli” və “Vals”, F.Əmirov “Kürdi-Ovşarı” simfonik muğamı, “Azərbaycan elləri”, Niyazi “Arzu”, “Konsert valsı” və M.Maqomayev “Marş” səslənib.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az