...

Seçki bülletenlərinin DSK-lara təqdim edilməsi sabah başa çatır

Seçki 2015 Materials 26 Oktyabr 2015 13:17 (UTC +04:00)
Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına təqdim edilməsi oktyabrın 27-də başa çatır.
Seçki bülletenlərinin DSK-lara təqdim edilməsi sabah başa çatır

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına təqdim edilməsi oktyabrın 27-də başa çatır.

Trend-in məlumatına görə, seçkilərlə əlaqədar Təqvim Planına əsasən, seçki bülletenlərinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi oktyabrın 29-da başa çatacaq.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən seçki bülletenlərini aldıqdan sonra səsvermə gününə azı 5 gün qalmış müvafiq dairə seçki komissiyasının sədrinin və katiblərinin iştirakı ilə bülletenlərin sayını, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib, seçki bülletenlərini dairə seçki komissiyasının sədrinə verir. Hər bir məntəqə seçki komissiyasına verilən seçki bülletenlərinin sayı dairə seçki komissiyasının qərarı ilə müəyyənləşdirilir. Dairə seçki komissiyası səsvermə gününə azı 3 gün qalmış seçki bülletenlərini göstərilən qaydada məntəqə seçki komissiyalarına verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti