...

Bahar Muradova: Ölkəmiz seçki prosesində demokratik dəyərlərə söykənir

Seçki 2015 Materials 28 Oktyabr 2015 14:01 (UTC +04:00)
Azərbaycanda parlament seçkisi öncəsi vəziyyət müsbət qiymətləndirilir, çünki bütün siyasi qüvvələrin ədalətli rəqabəti üçün hər cür şərait yaradılıb.
Bahar Muradova: Ölkəmiz seçki prosesində demokratik dəyərlərə söykənir

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanda parlament seçkisi öncəsi vəziyyət müsbət qiymətləndirilir, çünki bütün siyasi qüvvələrin ədalətli rəqabəti üçün hər cür şərait yaradılıb". Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

B.Muradova hesab edir ki, müəyyən sosial bazaya, təcrübəyə malik olan siyasi qüvvələr qanunun tələblərinə əməl etməklə öz təbliğat-təşviqat kampaniyasını apara və müəyyən uğurlar qazana bilərlər: "Ölkəmiz seçki prosesində demokratik dəyərlərə söykənir. Azərbaycanın seçki qanunvericiliyi və təcrübəsi göstərir ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcək. Eyni zamanda, bu seçkilərlə bağlı beynəlxalq müşahidəçilərin müşahidə aparacaqlarına və obyektiv mövqe ortaya qoyacaqlarına inanırıq".

B.Muradova bildirib ki, seçkidə iştirak edən namizədlər və siyasi qüvvələrin, mətbuat orqanlarının, müxtəlif təbəqələri təmsil edən seçicilərin fikir və rəyləri onu deməyə əsas verir ki, parlament seçkilərinə çox böyük maraq var: "Çoxsaylı beynəlxalq təşkilatların nümayəndələrinin seçkiləri müşahidə etmək üçün müraciətləri də bunu göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti