...

Sumqayıtda dənizdə itən 2 nəfərin axtarışına helikopter cəlb olundu

Gündəm Materials 23 Aprel 2018 10:39 (UTC +04:00)
Bu gün səhər saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.
Sumqayıtda dənizdə itən 2 nəfərin axtarışına helikopter cəlb olundu

Bakı. Trend:

18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

FHN-dən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarından etibarən axtarışlara nazirliyin aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti