...

Daşkənddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib (FOTO)

Gündəm Materials 28 May 2018 17:47 (UTC +04:00)
Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirib.
Daşkənddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirdə Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin təmsilçiləri, digər mədəniyyət mərkəzlərinin rəhbərləri və üzvləri, Daşkənddə yaşayan soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Əvvəlcə iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair sərgi ilə tanış olublar.

Çıxış edənlər Firdovsi Hüseynov və Bəxtiyar Kərimov cəmi 23 ay yaşayan, Şərqdə ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, dövlət və ordu quruculuğu, demokratik dəyərlərin tətbiqi sahəsində görülən işlər haqqında məlumat veriblər. Qeyd olunub ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, gerbi və himnini qəbul edib.

Tədbirdə Azərbaycan-Özbəkistan dostluğuna dair sənədli film nümayiş etdirilib, məktəblilər Vətən, ölkələrimizin dostluğu ilə bağlı şeirlər səsləndiriblər. Məktəblilərə diplomlar və hədiyyələr verilib.

Sonra çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində gördüyü işlərdən danışıblar.

Mərasim konsert proqramı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti