...

Bakıda “Dəniz kuboku-2018” beynəlxalq yarışları başlayır

Gündəm Materials 31 İyul 2018 11:09 (UTC +04:00)
Bu gün “Beynəlxalq Ordu Oyunları-2018" çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.
Bakıda “Dəniz kuboku-2018” beynəlxalq yarışları başlayır

Bakı. Samir Əli - Trend:

Bu gün “Beynəlxalq Ordu Oyunları-2018" çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib ki, “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.

Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.

Hərbçilərimiz, həmçinin İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

Yarışlarda müşahidəçi qismində Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti