...

Lənkəranda yeni uçqun və sürüşmə əraziləri aşkarlanıb

Gündəm Materials 6 Avqust 2018 16:35 (UTC +04:00)
Ölkə ərazisində yeni uçqun və sürüşmə əraziləri qeydə alınıb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Lənkəranda yeni uçqun və sürüşmə əraziləri aşkarlanıb

Bakı. Samir Əli - Trend:

Ölkə ərazisində yeni uçqun və sürüşmə sahələri qeydə alınıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Məlumatda bildirilir ki, iyul ayı ərzində Lənkəranın Gəgiran sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb, bir neçə yerdə yeni sürüşmə və uçqun hadisələri baş verib.

Həmçinin Lənkəran-Lerik yolunun 45-47-ci km-də yamacda uçqun qeydə alınıb.

Rayonun Tükəvillə-Diryan-Gegiran avtomobil yolunun 12-ci kilometrliyində də nisbi aktivlik müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti