...

Gəncədə 16 yaşlı qızın bıçaqlanması ilə bağlı cinayət işi başlandı

Gündəm Materials 5 Fevral 2019 19:41 (UTC +04:00)
Gəncədə 16 yaşlı qızın bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.
Gəncədə 16 yaşlı qızın bıçaqlanması ilə bağlı cinayət işi başlandı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Gəncədə 16 yaşlı qızın bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, fevralın 4-də Gəncədə 2003-cü il təvəllüdlü N.İsmayılovanın bıçaqlanması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, fevralın 4-də gecə saatlarında Gəncə şəhər sakini, 2003-cü il təvəllüdlü N.İsmayılova qaraciyərinin və qarın boşluğunun kəsilmiş, deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, N.İsmayılovaya aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti