...

Güləşçimiz Avropa çempionatında erməni rəqibini məğlub edib

Gündəm Materials 13 Aprel 2019 15:07 (UTC +04:00)
Güləşçimiz Avropa çempionatında erməni rəqibini məğlub edib.
Güləşçimiz Avropa çempionatında erməni rəqibini məğlub edib

Bakı. Trend:

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib.

Murad Məmmədov yarışa inamlı qələbəylə başlayıb. Həmyerlimiz ilk hissədəcə polşalı güləşçini yolundan kənarlaşdırıb.

Kamran Məmmədov ilk görüşdə danimarkalı rəqibini məğlub edib.

Böyüklər arasında Avropa çempionatında debüt edən Ülvi Qənizadə təsnifat mərhələsində moldovalı idmançıya tam üstünlüklə qalib gəlib.

Mübarizəyə 1/8 finaldan başlayan Orxan Nuriyev ilk görüşü prinsipial xarakter daşıyıb. Avropa çempionatının 3 qat bürünc medalçısı Artur Şahinyanla qarşılaşan gənc güləşçimiz parlaq qələbə qazaraq adını 1/4 finala yazdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti