Bakı. Samir Əli - Trend:
Xəzər rayonu ərazisində, Mərdəkan-Bakı yolunda 171 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlardan daha 3 nəfər evə buraxılıb.
Bu barədə Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
Onun sözlərinə görə, hazırda hadisə nəticəsində xəsarət alanlardan 7 nəfərin müalicəsi 3 saylı şəhər Klinik Xəstəxanasında davam etdirilir.
Bakıda avtobus qəzası nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib, 6-sı reanimasiyadadır (YENİLƏNİB)
Hadisə nəticəsində avtobusda olan 29 nəfər xəsarət alıb.