...

Neftçalada mikroavtobus qəzasında xəsarət alanlar Bakıya gətiriliblər

Gündəm Materials 24 May 2019 10:26 (UTC +04:00)
Ötən gün Neftçalada baş verən yol qəzasında xəsarət alanlar Bakıya gətiriliblər.
Neftçalada mikroavtobus qəzasında xəsarət alanlar Bakıya gətiriliblər

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gün Neftçalada baş verən yol qəzasında xəsarət alanlar Bakıya gətiriliblər.

Trend-in məlumatına görə, 4 nəfərin öldüyü qəzada yaralanan iki nəfər, 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğlu və 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı Bakıya gətiriliblər.

Onlar ötən axşam 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Hazırda reanimasiya şöbəsində olan yaralıların vəziyyəti ortadır.

Qeyd edək ki, Neftçalada mikroavtobusla "KAMAZ" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti