Bakı. Trend:
“Honda” şirkəti Çin bazarında 95 minə yaxın avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.
Qeyd olunur ki, yastıqlar işə düşdüyü zaman parçalana bilər, bu isə sürücü və sərnişinlərin həyatı üçün təhlükə yaradır.
Geri çağırılma 2002-ci ilin noyabrından 2015-ci ilin iyununa kimi Çində istehsal olunmuş “Crosstour”, “Fit”, “City”, “Accord”, “Odyssey” və “Everus S1” modellərinə şamil olunub.