...

Binə Ticarət Mərkəzindəki yanğınla bağlı 4 nəfər müraciət edib - RƏSMİ

Gündəm Materials 8 Oktyabr 2019 08:53 (UTC +04:00)
Binə Ticarət Mərkəzində baş verən yanğında 4 nəfər tüstüdən boğulma ehtimalı ilə təcili tibbi yardım briqadasına müraciət edib.
Binə Ticarət Mərkəzindəki yanğınla bağlı 4 nəfər müraciət edib - RƏSMİ

Bakı. İlhamə İsabalayeva - Trend:

Binə Ticarət Mərkəzində baş verən yanğında 4 nəfər tüstüdən boğulma ehtimalı ilə təcili tibbi yardım briqadasına müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğın baş verməsi barədə məlumat təcili tibbi yardıma müraciət saat 01:10-da daxil olub:

"Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb".

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 8 oktyabr 2019-ci il saat 00:41-də "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti