...

AZAL və “Buta Airways” İran istiqamətində uçuşların cədvəlinə dəyişiklik etməyi planlaşdırmır (YENİLƏNİB)

Gündəm Materials 8 Yanvar 2020 16:02 (UTC +04:00)
“Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə uçuşların cədvəlini dəyişməyi planlaşdırmır
AZAL və “Buta Airways” İran istiqamətində uçuşların cədvəlinə dəyişiklik etməyi planlaşdırmır (YENİLƏNİB)

Bakı. Trend:

Çoxsaylı müraciətlər ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, AZAL və “Buta Airways” aviaşirkətləri hal-hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, o cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, bu gün səhər saatlarında İranda Ukraynaya məxsus Boeing 737 sərnişin təyyarəsi motor hissəsində yanğının baş verməsi nəticəsində qəzaya uğrayıb. İran tərəfi qəzada 147 iranlı və 32 xarici sərnişinin həlak olduğunu təsdiqləyib.

Regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar bir sıra aviaşirkətlər İrana uçuşları dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti