Bakı. Trend:
Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq 21.08.2020 tarixindən metronun “28 may" və "Elmlər Akademiyası” stansiyalarının vestibülləri səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “28 may" və "Elmlər Akademiyası” stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.
Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.
Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.