Bakı. Trend:
Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi atteşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncə və Mingəçevir şəhərlərinə səfər edəcəklər.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.
H.Hacıyev qeyd edib ki, diplomatlar Ermənistanın günahsız insanlara və kritik enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olacaqlar.