...

COVİD-19 virusunun mənşəyinin müəyyən edilməsi zaman aparacaq - Harmancı

Gündəm Materials 16 Dekabr 2020 11:51 (UTC +04:00)
COVİD-19 virusunun mənşəyinin müəyyən edilməsi zaman aparacaq - Harmancı

Bakı. İlhamə İsabalayeva - Trend:

COVİD-19 virusunun mənşəyinin müəyyən edilməsi zaman aparacaq.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, COVİD-19 virusunun mənşəyinin əldə edilməsi üçün ilk gündən iş aparılır: “Ümid edirəm ki, virusun mənşəyi məsələsinə uyğun zamanda aydınlıq gətiriləcək. Amma bunun sabah olacağı anlamına gəlinməməlidir. Bu, zaman alacaq. Pandemiyalar hər zaman olub və bundan sonra da olacaq. Pandemiyaları yaradan viruslar adətən, infeksiyanın heyvanlardan insanlara keçməsi nəticəsində olur. Biz bunu bilirik, amma bu, daha da aydınlaşdırılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti