...

Hazırda ova icazə verilmir - Hikmət Əlizadə

Gündəm Materials 25 Dekabr 2020 17:28 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Hazırda ov mövsümü olmadığından ova icazə verilmir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı” verilişində çıxış edərkən deyib.
Onun sözlərinə görə, ov mövsümü may ayında açılır:

“Amma ilin əvvəlindən pandemiya problemi ilə əlaqədar ov mövsümünə məhdudiyyətlər qoyuldu. Sentybarın 1-dən etibarən ov mövsümü açıq elan edilib. Lakin sonradan – 27 sentybardan Vətən müharibəsinin başlaması, eyni zamanda epidemioloji vəziyyətlə əlaqədar ov mövsümü dayandırıldı. Hazırda bütün ov həvəskarlarını qaydalara riayət etməyə çağırıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti