XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi

XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi

Bakı. İlhamə İsabalayeva - Trend:

XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini dinc şəkildə yox, qurbanlar bahasına gerçəkləşdirdi. Can verməkdə olan imperiya dağılmaqdan xilas olmaq üçün sivil vətəndaşlarımızı güllə ilə qarşıladı.

Bunu Trend-ə AMEA Elm Tarixi İnstitutunun Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov deyib.

Onun sözlərinə görə, XX əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yol elə də asan başa gəlmədi. İmperiya məngənəsindən xilas olmaq üçün Azərbaycan növbəti dəfə itkilər verməli oldu. SSRİ adlı xalqlar həbsxanası imperiyaya daxil olan müxtəlif respublikaların, o cümlədən Azərbaycanın bu istəklərini hələ ötən əsrin 80-ci illərinin sonundan görür və qabaqlayıcı tədbirlərə əl atırdı.

Alim qeyd edib ki, “yenidənqurma” siyasətinin ziddiyyətliliyi, mühafizəkarların ciddi müqaviməti üzündən mövcud siyasi və iqtisadi rəhbərlik metodlarını demokratikləşdirmək tədbirləri baş tutmurdu. Köhnə idarəçilik mexanizminin dağılması, yeni mexanizmin isə hələ yaradılmaması ilə əlaqədar İttifaqın düşdüyü ümumi böhran gündən-günə dərinləşirdi. Belə bir şəraitdə SSRİ-nin dağılma prosesinin qarşısını almaq üçün hakim dairələr milli münaqişələri, antitürk, antiislam siyasəti qüvvətləndirirdilər.

Z.Əmrahov əlavə edib ki, mühüm geosiyasi məkanda imperiyanın türk xalqları ilə Türkiyə arasında körpü olduğundan Azərbaycan əsas zərbə hədəfi idi. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların soyqırımını törətmək, Azərbaycanı parçalamaq, bu yolla bütün regionda ağalığı saxlamaq siyasəti həyata keçirilirdi:

"Mərkəzin Azərbaycana artan təzyiqləri fonunda daxildə mübarizə əzmi güclənir, bütöv Azərbaycan şüarları aktuallaşırdı. Bütün bunlar hakimiyyət böhranının, Moskva canişininin respublikadakı hadisələrə nəzarəti tam itirməsinin təzahürü idi. Bununla barışa bilməyən mərkəz 1990-cı il yanvarın əvvəllərindən Azərbaycanda müxtəlif qoşun hissələri, cəza dəstələri yerləşdirdi. SSRİ müdafiə naziri D.Yazov gizlicə Gəncəyə gəldi, vəziyyətlə tanış olaraq o zamankı respublika rəhbərliyinin də təklifləri nəzərə alınmaqla, “Tayfun” adlı qanlı əməliyyat planı hazırlandı. Erməni millətçilərinin təhrikçilik hərəkətləri, Azərbaycanın sərhəd kəndlərinə, DQMV-də azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar isə getdikcə artırdı".

Z.Əmrahov qeyd edib ki, 1990-cı ildə yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını öldürməsinə cavab olaraq cəza tədbirləri görülmədi. Talançı erməni dəstələrinin azğın əməllərinə nə yerli hüquq mühafizə orqanları, nə də o zaman Bakıda olan SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı qüvvəsi mane olurdu. Onlar milli münaqişəyə qarışmamaq əmri almışdılar:

"1990-cı il yanvarın 13,15,16,17 və 18-də Azərbaycan KPMK-nın büro iclaslarında respublikadakı vəziyyət müzakirə edildi, çıxış edənlər - Ə.Vəzirov, A.Mütəllibov, V.Polyaniçko, E.Qafarova, M.Məmmədov, V.Hüseynov və başqaları, habelə Bakıda olan Y.Primakov və yüksək rütbəli Moskva hərbçiləri güc tətbiq olunmasının vacibliyini bildirdilər. 1990-cı il yanvarın 15-də Ə.Vəzirov Moskvaya göndərdiyi teleqramda tələb edirdi ki, antisovet, antipartiya şüarları ilə mitinq edən ekstremistlərin liderləri dərhal məsuliyyətə cəlb edilməlidirlər. Bunun üçün hüquqi əsaslar var. Ertəsi gün Ə.Vəzirov yenə “ağalarına” teleqram vurub bildirdi ki, müxalifətin əlində çoxlu silahın olması Azərbaycanda sosialist quruluşunun məhvinə gətirib çıxaracaq və buna görə də dərhal güc tətbiq olunmalıdır. Elə bu vaxt Azərbaycan SSR Nazirlər Sovetinin sədri A.Mütəllibov Moskvaya teleqram vurdu ki, respublikanın SSRİ güc nazirlikləri hərbi kontingentini qeyri-qanuni silahlı birləşmələri tərk-silah etmək üçün əməliyyat keçirəcəkləri müddətdə yerləşdirmək və ərzaqla təmin etmək imkanı var".

Tarixçi bildirib ki, xalqa, demokratik qüvvələrə tutulacaq divana hüquqi don geyindirmək üçün fövqəladə vəziyyət elan olunması vacib idi. Ə.Vəzirov yanvarın 14-də AKP MK bürosunda müzakirə etdikdən sonra çağırdığı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti iclasında “Azərbaycan SSR-in DQMV-də vəziyyətin normallaşdırılması sahəsində təxirəsalınmaz vəzifələr haqqında” qərar qəbul edilməsinə nail oldu. Qərarda DQMV və zəruri olarsa, ona bitişik rayonlarda və sərhəd boyunca fövqəladə vəziyyət elan olunması və mərkəzdən lazımi köməklik göstərilməsi üçün SSRİ Ali Soveti Rəyasət Heyətinə müraciət olunması nəzərdə tutulurdu. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında” fərman verdi:

"Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və Gəncə şəhərlərində, eləcə də başqa yaşayış məntəqələrində qadağan saatları tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görsün. Respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri Moskvaya göndərdiyi şifrəli teleqramlarda bildirirdi ki, respublika xaos vəziyyətindədir, qiyam ərəfəsindədir, qətiyyətli tədbirlər görülməsə, Azərbaycan əldən gedə bilər”.

Z.Əmrahov deyib ki, imperiya buradakı hakimiyyət böhranından, bəzi ölkələrdə olduğu kimi, Bakıda da Sovet hakimiyyətinin devriləcəyindən, beləliklə, Azərbaycanı itirəcəyindən qorxub Bakı ətrafına əlavə qoşun hissələri, ağır texnika gətirməyə başladı.Yanvarın 19-da saat 21.00-da ilk olaraq Türkan-Qala istiqamətindən Bakıya qoşun yeridildi. “Bakı əməliyyatı”na SSRİ-nin müdafiə naziri D.Yazov şəxsən başçılıq edirdi:

"Bakı və ətraf bölgələr qan gölünə döndərildi. Bakıda və Azərbaycanın digər bölgələrində törədilmiş qanlı qırğınlar zamanı rəsmi məlumatlara görə, 131 nəfər öldürüldü. Bunlardan 117 nəfər azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar idi. 744 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı. 400 nəfər həbs edildi, xeyli vətəndaşımız itkin düşdü. Bütün bunlar Azərbaycan xalqının mübarizə ruhunu, müstəqillik arzularını söndürə bilmədi. SSRİ adlı imperiyanın dayaqlarını Azərbaycanda birdəfəlik sarsıtdı".

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradıldı (FOTO)
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradıldı (FOTO)
Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən canlansın - Anar Kərimov
Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən canlansın - Anar Kərimov
30 il ərzində gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə rəy bildirsin - Hikmət Hacıyev
30 il ərzində gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə rəy bildirsin - Hikmət Hacıyev
Loading Bars
Xəbər lenti
Dövlət Xidmətinin rəisi UNESCO-nun iclasında Ermənistanının təxribat xarakterli çıxışlarına cavab verib (FOTO)
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradıldı (FOTO)
Gələn ilin bayram günləri açıqlanıb
Ermənistanın İqtisadiyyat Nazirliyində araşdırmalar aparılır
Azərbaycan mədəni müxtəlifliyi ilə tanınır - Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
DSX-nin şəhid zabiti Beyləqanda dəfn edilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Kiber cinayətkarlar onlayn kinoteatr istifadəçilərini necə aldadır?
Kamran Əliyev Ukraynada Beynəlxalq Antikorrupsiya Forumunda iştirak edib
Regionlarda şəhid ailələri və müharibə iştirakçılarının müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri işə başlayacaq
Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən canlansın - Anar Kərimov
Binəqədidə qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb (FOTO)
7 il əvvəl Bakıda adam öldürən şəxsin məhkəməsi başladı
Bitki yağını kərə yağı adı altında satan mağaza cərimələnib
Hazırda Azərbaycana 60-dan çox ölkənin vətəndaşları səfər edə bilər - Agentlik sədri
30 il ərzində gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə rəy bildirsin - Hikmət Hacıyev
Polşada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi qeyd edilib
Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçirilir
Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT
Dəmirağacları kəsən şəxs barəsində cinayət işi başlanılıb (FOTO)
Laçında 2500-ə yaxın ağac əkilib (FOTO)
Qubada tanışını döyüb öldürən şəxsin məhkəməsi başlayır
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib (FOTO)
Bakı Kitab Mərkəzində tanınmış ingilis yazıçısı Çarli Makizin Azərbaycan dilinə tərcümə olunmuş əsərinin təqdimatı keçirilib (FOTO)
Azərbaycanda pul bazası artıb
Toyda qayda pozan 4 nəfər cərimələndi
Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırıb (FOTO)
Nazir iki yüksək rütbəli polis məmurunu vəzifədən azad etdi
Hacıqabul sakinlərindən narkotik götürülüb (FOTO)
Ağcabədidə ev yanıb, biri polis olmaqla ailənin üç üzvü yanaraq ölüb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Balakəndə meşələri məhv edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Ötən gün axtarışda olan 57 nəfər saxlanılıb
Evini tərk edən iki koronavirus xəstəsi barədə cinayət işi başlandı
Azərbaycan UNESCO-nun komitəsinə üzv seçilib - XİN
Çin və ABŞ hərbi dialoqa hazırlaşırlar
Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib (ÖZƏL)
Danimarkada "omikron" ştammına 7 yoluxma halı qeydə alınıb
BMT-nin baş katibi yeni səyahət məhdudiyyətlərini ədalətsiz adlandırıb
Tramp Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-ın nüfuzunun minimuma endiyini deyib
Ağ Ev ABŞ və Rusiya liderlərinin mümkün görüşünü şərh edib
Dünyada koronavirusa qarşı 8 milyarddan artıq peyvənd istifadə edilib
Çavuşoğlu və Blinken Azərbaycan və Ermənistanı müzakirə ediblər
Ərdoğan yeni xəzinədarlıq və maliyyə naziri təyin edib
Dünyada beynəlxalq miqrantların sayı 281 milyona çatıb
İtaliyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verilib
İngiltərə Premyer Liqası: "Liverpul" "Evertonu" darmadağın edib, "Çelsi" növbəti qələbəsini qazanıb
ABŞ-da atışma olub, ölənlər var
OPEC ölkələri yeni baş katib seçəcəklər
İsraildə Milli Antiterror Bölməsi yaradılacaq
ABŞ-da "omikron" ştammına ilk yoluxma halı aşkarlanıb
Ombudsman Səbinə Əliyeva İtaliyaya rəsmi səfər edib
İran-Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib
23 ölkədə koronavirusun "omikron" ştammına yoluxma halları qeydə alınıb - ÜST
Bakıda ikimərtəbəli evdə partlayış olub
Ermənipərəst dairələrin maliyyələşdirdiyi "siyasi mühacirlər" "Qarabağ"ın matçına təxribatlar hazırlayır
Türkiyədə son sutkada koronavirusdan 24 113 nəfər sağalıb
"Petkim" xaricdə 350-dən çox müştəri portfelinə malikdir
Qazaxıstan səfiri helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir
Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
Oqtay Gülalıyev sağdır, səhhəti yaxşıdır - Oğlu
DGK büdcə öhdəliyinə 111 faizdən çox əməl edib
Bu gun razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur - DİN
Qazi Universiteti, AzTU və MDU üçtərəfli işbirliyi çərçivəsində elmi seminar keçirilib (FOTO)
UNEC İqtisadi Forumun birinci günü uğurla başa çatıb (FOTO)
Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 795 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun növbəti iclası keçirilib
ABB-də cəmi 13%-lə kredit fürsəti!
ABŞ səfiri Tərtərə səfər edib (FOTO)
Azərbaycan və Ermənistanın xarici işlər naziri İsveçdə görüşəcək
AzTV DSX-nin helikopterinin qəzaya uğraması ilə əlaqədar olaraq efir proqramında dəyişiklik edib
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Dekabrın 2-nə USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Helikopter qəzası ilə bağlı yayılan şayiələr - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Ölkədə ilk özəl kiber təhlükəsizlik R&D mərkəzinin açılışı oldu (FOTO)
Daha bir qrup qazi 4-cü nəsil elektron protezlə təmin edildi (FOTO)
ABŞ-ın MLI İnstitutu Azərbaycana daha 8 minaaxtaran it göndərib (FOTO)
Almaniyada İkinci Dünya müharibəsindən qalan bomba partlayıb, yaralılar var
Helikopter qəzasında yaralanan hərbçilər hadisə anından danışdı (FOTO/VİDEO)
Bakıdakı böyük xəstəxanaların tibb işçiləri həkim çatışmazlığı olan yerlərə təhkim ediləcək
Avrokomissiya Aİ ölkələrini səyahət məhdudiyyətlərinin tətbiqinə hazır olmağa çağırıb
Bakıda qanunsuz aksiya keçirilməsinin qarşısı alınıb - DİN
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
Bərdədə güclü külək binanın damını uçurub (FOTO)
Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu xətti yenidən qurulur (FOTO)
Türkiyənin AFAD nümayəndə heyəti Azərbaycanda səfərdədir
UNEC İqtisadi Forumu 2021: Nobel mükafatı laureatı Aziz Sancar alimlərlə görüşüb (FOTO)
Bu il Azərbaycanda 654 nəfər QİÇS-ə yoluxub
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
Azərbaycanda 2018-ci illə müqayisədə ötən il QİÇS-dən ölənlərin sayı 2 dəfədən çox azalıb
Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsul satışının genişləndirilməsinə dəstək Qaydası təsdiqləndi
Helikopter qəzasının səbəbini bilmədən müxtəlif versiyalar səsləndirmək ordunun imicinə zərbə vurmaqdır - Hərbi ekspert
Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin edilib
Ötən ay işğaldan azad olunan ərazilərdən 610 mina aşkarlanıb
Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlandı
Dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Bütün xəbərlər