Bakı. Trend:
Əslən Xocalıdan olan "Azərbaycan Bayrağı" ordenli Qarabağ qazisi Xəqani Səlimova "Süni Ürək Cihazı" yerləşdirilərək həyatı xilas edilib.
Trend TV-in məlumatına görə, əməliyyat Azərbaycan və Türkiyədən olan peşəkar mütəxəssislər tərəfindən həyata keçirilib.
Xocalı faciəsinin canlı şahidi olan Qarabağ qazisi Xəqani Slimov 2020-ci il sentyabrın ortalarında pandemiya xəstəxanasında ağır ağciyər pnevmaniyasından müalicə alan zaman aparılan müayinələr nəticəsində Son Mərhələ Ürək Çatışmazlığı diaqnozu qoyulub. Pnevmaniya ilə birlikdə septik şoka girən xəstəyə infeksiya müalicəsi gedərkən yaşaması üçün tək çarə olan ürək transplantasiyası, və ya süni köməkçi ürək cihazı yerləşdirilməli idi. Həkimlər təcili əməliyyat qərarı verib. Gərgin keçən əməliyyat sonda uğurla nəticələnib. Xəqani Səlimov əməliyyatdan ayıldıqda Vətən müharibəsində qazanılan Zəfərlərin xəbərini alıb və Ordumuzun qələbələri onu yaşamağa daha da ruhlandırıb.
Qeyd edək ki, çətin və unikal əməliyyat Tibb elmlər doktoru Rəşad Mahmudovun rəhbərliyi altında Türkiyənin "Ege Universiteti"nin professoru Dr.Tahir Yağdı və geniş bir yerli komandanın iştirakı ilə həyata keçirilib.