Bakı. Ceyhun Ələkbərov -Trend:
Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib.
Trend-in məlumatına görə, 5 ildir övlad yolunu gözləyən şəhid Ağaqardaş Abbasovun övladı dünyaya gəlib.
Qız uşağı bu gün doğulub və adını İlknur qoyublar.
Qeyd edək ki, Ağaqardaş Abbasov baş leytenant rütbəsində olub. O, öz doğum günündə, 28 sentyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.