...

Heydər Əliyev prospekti istiqamətində hərəkət məhdudlaşdırılır

Gündəm Materials 24 Mart 2021 12:37 (UTC +04:00)
Heydər Əliyev prospekti istiqamətində hərəkət məhdudlaşdırılır

Bakı. Ceyhun Ələkbərov - Trend:

Aparılan cari təmir və təmizlik işləri ilə əlaqədar olaraq Heydər Əliyev prospektində Bağırov körpüsünün yan yollarında, həmçinin Babək prospektinin Günəşli qəsəbəsi istiqamətində düşən hissəsində hərəkət qismən məhdudlaşdırılır.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən sözügedən ərazilərdə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti